RSXM-nin Elmi Texniki Şurasının iclası keçirilib
İyunun 20-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi-Texniki Şurasının iclası keçirilib. İclasda Elmi-Texniki Şuranın üzvləri, AMEA Rəyasət Heyəti Yer Elmləri bölməsinin elmi katibi, texnika üzrə fəlsəfə doktoru Reyhan Qasımova, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclasda çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktorunun Elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov 2025-ci ilin birinci yarısında RSXM-də aparılan elmi-tədqiqat işləri, eləcə də istehsalat sahəsində görülmüş işlər haqqında danışıb. Onun sözlərinə görə, bu ilin birinci yarısında RSXM-nin elmi şöbələri tərəfindən respublika ərazisində kompleks, seysmoloji, geofiziki, geokimyəvi tədqiqatlar aparılıb və müəyyən nəticələr əldə olunub.
Daha sonra RSXM-nin müvafiq şöbələrinin rəhbərləri ilin birinci yarısında görülmüş işlərə dair məruzələr təqdim ediblər.
Məruzələr ətrafında müzakirələrdən sonra iclas başa çatıb.