RSXM-nin əməkdaşı Antalyada keçirilən konfransda iştirak edib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşı İradə Əliyeva 28-31 oktyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində keçirilən “8th İnternational Conference on Advances in Natural and Applied Science (İCANAS 2025)” konfransında iştirak edib.
Mərkəz əməkdaşı konfransda “Realization algorithm for defining fractinal order in oscillating systems with liquid dampher ” mövzusunda məruzə ilə çıxış edib.
RSXM əməkdaşı həmçinin konfransın təşkilatçıları tərəfindən sertifikatla təltif edilib.