Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin əməkdaşı konfransda çıxış edib

3 May 2023
RSXM-nin əməkdaşı konfransda çıxış edib

2-3 may 2023-cü il tarixlərində Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Yer təkinin öyrənilməsi və mineral xammal ehtiyatlarının proqnozlaşdırılması” mövzusunda respublika elmi konfransı keçirilib. 

Konfransda faydalı yataqların kəşfiyyatı, istismar olunması, işlənilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətlərində qarşıda duran işlər müzakirə olunub. 

Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin əməkdaşı Günay Bəkdəmirova “Azərbaycanın  şimal-qərb hissəsinin müasir seysmikliyinin Filizçay polimetal yatağına təsiri” mövzusunda tezislə çıxış edib. 

Qeyd edək ki, konfrans öz işini 4 bölmə iclasında davam etdirib, ümumilkdə 150-dək tezis və məqalə dinlənilib. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə