RSXM-nin əməkdaşı sertifikat alıb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin əməkdaşı Rəhimə Camıyeva Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin “Əla Təhsil - Neftçıxarmada müvəffəqiyyətin rəhnidir” adlı XXVII Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransında sertifikatla təltif olunub.
Rəhimə Camıyeva “Qala yatağının uzun müddət işlənilməsindən sonra qalıq ehtiyatlarının paylanılma xüsusiyyətləri” mövzusunda tezislə çıxış edib.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gənc əməkdaşı qazandığı nəticəyə görə təbrik edib və uğurlar arzu edib.