RSXM-nin əməkdaşları ABŞ-nın Azərbaycandakı səfirliyinin təşkil etdiyi ingilis dili kurslarında iştirak edəcəklər
Oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyası və ABŞ-nın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində doktorantura və dissertanturaya qəbul olan AMEA əməkdaşları üçün akademik ingilis dili kursların başlanması ilə bağlı onlayn iclas keçirilib.
“Zoom” platrofması üzərindən keçirilən iclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun mühəndis proqramçısı Yeganə Muradova, mühəndis Güllü Məhərrəmova, kiçik elmi işçilər - Türkay İbadzadə və Aysel Aslanlı iştirak ediblər. İclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, kurslarda yalnız ingilis dili sertifikatı olan və Dövlət İmtahan Mərkəzinin dil imtahanlarından keçən, doktorantura və dissertanturaya qəbul olmuş əməkdaşlar iştirak edirlər.