Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin əməkdaşları “Fəxri Fərman”la təltif olunublar

21 Noyabr 2022
RSXM-nin əməkdaşları “Fəxri Fərman”la təltif olunublar

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Xoşqədəm Yusifova, “Seysmik materialların təhlili və təfsiri” şöbəsinin mühəndisi Nərmin Təhlətli və “Geodinamika” şöbəsinin mühəndisi Aysel Quluyeva D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universiteti tərəfindən təşkil olunmuş MDB ölkələrindən olan tələbələrin “Davamlı inkişaf üçün fundamental elmlər” mövzusunda beynəlxalq ekoloji olimpiadada yüksək nəticə göstərdiklərinə görə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor  Qurban Yetirmişli tərəfindən “Fəxri Fərman”la təltif olunublar. 

 

AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, əməkdaşların beynəlxalq tədbirlərdə iştirakı və yüksək göstəricilər əldə etməsi ümumilikdə mərkəzin uğuru hesab olunur. Mərkəzdə çalışan əməkdaşların böyük əksəriyyətinin gənclərdən ibarət olduğunu qeyd edən baş direktor gənc əməkdaşları qazandıqları uğurlu nəticəyə görə təbrik edib. 

 

Qeyd edək ki, MDB ölkələrindən 80 nəfərin iştirak etdiyi olimpiadanın qalibi AMEA nəzdində RSXM-nin “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova olub. O, olimpiadada “Geomaqnit sahəsində anomal dəyişikliklərin insan sağlamlığına təsirinin nəzərə alınması metodologiyası” mövzusunda məruzəsi ilə birinci yerə çıxıb. “Seysmik materialların təhlili və təfsiri” şöbəsinin mühəndisi Nərmin Təhlətli “Azərbaycanda palçıq vulkanlarının yerləşdiyi ərazilərdə insanların yaşayış mühitinin ekosistemlərinin yaxşılaşdırılması”, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin kiçik elmi işçisi Xoşqədəm Yusifova isə “Şoran və deqradasiyaya uğramış torpaqların yaxşılaşdırılması” mövzularında  çıxış edərək olimpiadanın finalçıları mükafatını qazanıblar.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə