RSXM-nin əməkdaşları "Heydər Əliyev İli" ilə əlaqədar ağacəkmə aksiyasında iştirak ediblər
Martın 1-də Bakının Müşviqabad qəsəbəsində Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Heydər Əliyev İli" ilə əlaqədar ağacəkmə aksiyası keçirib.
Aksiyada AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da iştirak ediblər.
Keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.