RSXM-nin əməkdaşları vebinarda iştirak ediblər
Noyabrın 1-də Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) “Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” qrant layihəsi çərçivəsində Azərbaycan ərazisində quraşdırılmış 22 yeni stansiya ilə əlaqədar növbəti vebinar keçirilib.Vebinarda “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova və “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova iştirak ediblər.
“Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova öz çıxışında, RSXM-də quraşdırılmış yeni şəbəkə barədə çıxış edib. Həmçinin Azərbaycan ərazisində 84 rəqəmsal seysmik stansiyaların fəaliyyətdə olduğunu, lahiyə çərçivəsində 3 quyutipli və 7 seysmik stansiyanın sahil boyu Xəzər dənizində quraşdırıldığını bildirib.
Bundan əlavə vebinarda palçıq vulkanlarının təhlili və dinamikasının öyrənilməsi üçün 12 stansiyadan ibarət yeni şəbəkə yaradıldığı və 22 yeni seysmik stansiyanın Seyskomp4 sisteminə qoşularaq, məlumatların toplanması və emalı, seysmik məlumatların emalı üçün istifadə olunan yeni modullar və yeni serverin quraşdırılması və qoşulması prosesi də müzakirə olunub.