Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin əməkdaşları vebinarda iştirak ediblər

31 İyul 2025
RSXM-nin əməkdaşları vebinarda iştirak ediblər

Müasir seysmoloji tədqiqatlar və seysmik məlumatların toplanmasında istifadə olunan yeni tətbiqlərlə bağlı tərəfdaş ölkələrdən olan seysmoloq alim və mütəxəssislərin iştirakı ilə davamlı olaraq vebinarlar keçirən ABŞ-ın “Kinemetrics” şirkəti iyulun 30-da daha bir vebinar təşkil edib.

Tərəfdaş ölkələrdən olan seysmoloqların iştirak etdiyi vebinar “Antilopla Struktur Monitorinqdə İrəliləyişlər” mövzusunda keçirilib. Vebinarda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büronun rəis müavini Ruqiyyə Kərimova iştirak ediblər.

Vebinarda əsas məruzəçi kimi Boulder Real Time Technologies, Inc. (ABŞ) şirkətinin nümayəndəsi, professor Kent Lindquist çıxış edib. O, öz təqdimatında, “Antilop Ətraf Mühitin Monitorinqi” Sisteminin imkanlarını vurğulayaraq, strukturun monitorinqindəki irəliləyişləri haqqında məruzə edib.

Bildirilib ki, Aspen Platforması dünyanın ən kritik seysmik şəbəkələrinin təqdim etdiyi unikal çağırışlara cavab vermək üçün nəzərdə tutulmuş seysmik və ətraf mühitin monitorinqi platformasıdır. Bu baxımdan da bu platformanın Yerin hərəkətinin strukturlara təsiri, xüsusilə fövqəladə hallar zamanı və ya tənzimlənən sənayelərdə tətbiqi vacibdir. Məlumatlandırıcı vebinarda keçirilən müzakirələr zamanı Bighorn monitorinq alətlərinin funksiyalarına və Antelope və Bighorn inteqrasiyasının Nüvə Elektrik Stansiyaları sənayesində davamlı təhlükəsiz əməliyyatları təmin edərək Kinemetrics Condor məhsulunu necə təkmilləşdirdiyinə diqqət yetirilib.

Qeyd edək ki, hazırda dünya ölkələrindən olan seysmoloqlar və mütəxəssislər bu platformanın məlumat toplanması üçün yaratdığı əlavə imkanlar və tətbiqi ilə bağlı davamlı müzakirələr aparırlar. 

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə