RSXM-nin gənc əməkdaşı təltif olunub
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universiteti tərəfindən təşkil olunmuş MDB ölkələrindən olan tələbələrin “Davamlı inkişaf üçün fundamental elmlər” mövzusunda beynəlxalq ekoloji olimpiadada birinci yeri tutduğuna görə təşkilatçılar tərəfindən təltif olunub.
“Böyük əkinçilik sahələrində permakultura layihələrinin genişləndirilməsinin mümkünlüyünün qiymətləndirilməsi” adlı layihə ilə qalib olan Aygün Sultanova diplom və notebookla mükafatlandırılıb.
AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gənc əməkdaşı qazandığı uğurlu nəticəyə görə təbrik edib.
Qeyd edək ki, D.İ.Mendeleyev adına Rusiya Kimya-Texnoloji Universiteti tərəfindən təşkil olunmuş MDB ölkələrindən olan tələbələrin “Davamlı inkişaf üçün fundamental elmlər” haqqında beynəlxalq ekoloji olimpiada 80 nəfərdən ibarət 20 komanda arasında keçirilib. “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova birinci yerə çıxıb.