Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin komandası növbəti dəfə çempion oldu

20 May 2025
RSXM-nin komandası növbəti dəfə çempion oldu

Mayın 20-də AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və AMEA-nın 80 illiyinə həsr olunmuş mini futbol turniri çərçivəsində final oyunu keçirilib.

Final qarşılaşmasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutlarının birləşmiş komandası ilə qarşılaşıblar. Gərgin keçən qarşılaşmada RSXM-nin komandası Nizami Gəncəvi adına Ədəbiyyat və Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutlarının birləşmiş komandasını 3:1 hesabı ilə məğlub edərək, növbəti dəfə çempion olub.

Xatırladaq ki, RSXM komandası 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiadada və ötən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş mini futbol yarışlarında da bütün rəqib komandaları məğlub edərək çempion adını qazanmışdı. 

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə