Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin mütəxəssisləri Kahramanmaraşda tədqiqatları davam etdirirlər

10 Aprel 2023
RSXM-nin mütəxəssisləri Kahramanmaraşda tədqiqatları davam etdirirlər

Qardaş Türkiyə Respublikasının zəlzələ bölgələrinə ezam olunan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssislər qrupu zəlzələlərin episentrində yerləşən Kahrmanmaraş şəhərinin Pazarcıq qəsəbəsində tədqiqatları davam etdirirlər. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi altında ərazidə maqnitometrik, qravimetrik və mühəndis seysmik tədqiqatlar aparılır. 

Qeyd edək ki, hazırda həmin ərazidəki binalarda yaşayış yoxdur. RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən ediləcək. Həmçinin, gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək, ərazinin seysmikliyi qiymətləndiriləcək. 

Aparılan tədqiqatlar başa çatdıqdan sonra alınmış nəticələr analiz edilərək, Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentinə təqdim olunacaq.  Aparılan tədqiqatlarla AMEA nəzdində RSXM-nin YouTube kanalında yaxından tanış olmaq olar:

https://www.youtube.com/watch?v=SjihNXfzhJw

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə