Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin şöbə müdiri Amerikada səfərdə olub

31 Yanvar 2023
RSXM-nin şöbə müdiri Amerikada səfərdə olub

13-26 yanvar 2023-cü il tarixlərində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova ABŞ-ın Oreqona ştatında səfərdə olub.

 

Səfər çərçivəsində Səbinə Kazımova “Qafqaz kəsilişi” layihəsi çərçivəsində ABŞ-ın Oreqona Universitetinin professoru Con Nabelekin rəhbərliyi altında “Zəlzələ ocaqlarının  seysmik moment  tenzorun yeni texnikasının öyrənilməsi” kursunu bitirmişdir. 

Qeyd edək ki, yeni üsulun tətbiqi nəticəsində əldə olunmuş qiymətlər əsasında moment tenzorun komponentlərinə əlavə olaraq, zəlzələ ocağının dərinliyini, seysmik moment və momentin maqnitudasını müəyyən etmək mümkündür. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə