Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin şöbə müdiri beynəlxalq yay məktəbində məruzə ilə çıxış edib

4 Sentyabr 2022
RSXM-nin şöbə müdiri beynəlxalq yay məktəbində məruzə ilə çıxış edib

28 avqust - 8 sentyabr 2022-ci il tarixlərində AMEA Neft və Qaz İnstitutu (NQİ), M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (MDU), Oslo Universitetinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Palçıq vulkanları və nef-qaz sistemləri” mövzusunda beynəlxalq yay məktəbi keçirilir.

Qeyd edək ki, avqustun 29-da “Palçıq vulkanizmi və karbohidrogen sistemləri” mövzusunda beynəlxalq yay məktəbinin açılışı keçirilib. 

Yay məktəbi çərçivəsində AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Azərbaycanın rəqəmsal seysmik stansiyalarının məlumatlarına əsasən palçıq vulkanının püskürmə parametrlərinin müəyyən edilməsi” mövzusunda çıxış edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev,  AMEA nəzdində RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli, Adriano Mazzini (Oslo Universiteti), Grigori Axmanov (Moskva Dövlət Universiteti), Elçin Bağırov (SOCAR), Namaz Yusubov (Neft və Qaz İnstitutu), Giuliana Panieri (Tromso Universiteti), Alexander Merkel (Biotexnologiya Tədqiqat Mərkəzi, RAS), Rauf Nadirov və Erol Nadir (Bakı Ali Neft Məktəbi), Stephane Polteau (IFE), Mateo Lupi (Geneva Universiteti) iştirak ediblər. 

Çıxışlar maraqla qarşılanıb və mövzular ətrafında sual-cavab aparılıb.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə