RSXM-nin şöbə müdiri “Euronews” telekanalına müsahibə verib
Sentyabrın 22-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Euronews” telekanalına müsahibə verib.
RSXM-nin şöbə müdiri telekanalın aparıcısı Monika Pinnanın Azərbaycandakı palçıq vulkanları və onların öyrənilməsi istiqamətində aparılan tədqiqat işləri ilə bağlı suallarını cavablandırıb.
Səbinə Kazımova müsahibə zamanı ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraiti və təsnifatına dair məlumatlar verib. Müsahibə zamanı palçıq vulkanı və onun faydalı xüsusiyyətləri də diqqətə çatdırılıb.
Qeyd edək ki, çəkilişlə bağlı “Euronews” telekanalının əməkdaşları RSXM-nin Monitorinq Mərkəzində iş prosesini izləyib, eləcə də bir neçə palçıq vulkanlarının ərazisində olublar.