RSXM-nin şöbə müdiri Özbəkistanda keçirilən “Elm və İnnovasiya” Beynəlxalq konfransında sertifikatla təltif olunub
Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzinin “Zoom” platforması üzərindən təşkil etdiyi “Elm və İnnovasiya” Beynəlxalq Konfransında iştirak edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təşkilatçılar tərəfindən sertifikatla təltif olunub.
Qeyd edək ki,konfransda S.Kazımova RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin və özünün birgə həmmüəllifi olduğu “İkiqat fərqlər üsulu ilə Azərbaycan ərazisinin Yer qabığının seysmik tomoqrafik modeli” mövzusunda məruzə təqdim edib. Məruzə beynəlxalq konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.