Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin şöbə müdirinin 75 illik yubileyi qeyd olunub

22 Sentyabr 2022
RSXM-nin şöbə müdirinin 75 illik yubileyi qeyd olunub

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Ramidə Kərəmovanın 75 illik yubileyi qeyd olunub.

AMEA  nəzdində RSXM-nin  baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və kollektiv üzvləri onu evində ziyarət edərək 75 illik yubileyi münasibəti ilə təbrik ediblər. Ona AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin adından Yer Elmləri bölməsinin “Fəxri Fərman”ı təqdim olunub.

RSXM-nin baş direktoru Qurban Yetirmişli Ramidə Kərəmovanı öz adından və kollektivin adından təbrik edərək ona can sağlığı arzulayıb. Ramidə Kərəmovanın uzun illərdir RSXM-də çalışdığını bildirən baş direktor yubilyara sağlıq durumunda yaranmış problemlə bağlı şəfa diləyərək yubileyi münasibəti ilə xatirə hədiyyəsi təqdim edib.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə