RSXM-nin təşkilatçılığı ilə konfrans keçiriləcək
4-5 iyun 2025-ci il tarixlərində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinə həsr olunmuş “Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya” mövzusunda Ümumrespublika Konfransı keçiriləcək.
Konfransın açılış mərasimi 4 iyun saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında keçiriləcək. (Bakı şəhəri, Hüseyn Cavid prospekti 129).
Tədbirdə AMEA rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları iştirak edəcəklər.
Konfrans açılış mərasimindən sonra iki istiqamət üzrə plenar iclaslarla davam etdiriləcək.
Media nümayəndələri tədbirin açılış mərasiminə dəvətlidirlər.