RSXM-nin "Zəlzələlərin tədqiqatı bürosu" gücləndirilmiş iş rejimində işləyir
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində karantin rejimi elan etməsindən sonra bir sıra dövlət qurumları ilə yanaşı, Nazirlər Kabinetinin rəsmi icazəsi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

Qeyd edək ki, RSXM ölkə ərazisində seysmoloji tədqiqatlar aparan yeganə dövlət təşkilatıdır. Mərkəzin hazırda 40 telemetrik stansiyası fəaliyyət göstərir. Həmin stansiyalardan məlumatlar peyk vasitəsi ilə birbaşa “Zəlzələlərin tədqiqatı bürosu”na ötürülür. 35 ərazi və 5 regional seysmik stansiyaların məlumatları büro əməkdaşları tərəfindən emal edilir. Hazırda stansiyalarımız və büro işini fasiləsiz olaraq "real vaxt” rejimində davam etdirir.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi