Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları Bakıda keçirilən beynəlxalq konfransda iştirak ediblər

30 Sentyabr 2022
RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşları Bakıda keçirilən beynəlxalq konfransda iştirak ediblər

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları sentyabrın 28-29-da Bakıda keçirilən “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfrans”ında (The 5th Eastern Partnership E-infrastructures Conference “EaPEC 2022”) iştirak ediblər. Konfransda mərkəzi “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büronun rəis müavini Ruqiyyə Kərimova və büronun mühəndis proqramçısı Yeganə Muradova təmsil ediblər.

Konfransda RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova tərəfindən “RSXM-də proqram təminatı və sistem təhlükəsizliyi”  mövzusunda təqdimat təqdim edilib.

Təqdimatla bağlı mühəndis-proqramçısı Yeganə Muradova çıxış edib. Təqdimatdan sonra mövzu ilə bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, ölkəmizdə və dünyada baş verən zəlzələlərlə bağlı məlumatlar “Zəlzələlərin tədqiqatı bürosu” tərəfindən ən müasir tətbiqi proqramlar vasitəsi ilə emal edilir.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə