RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Naxçıvan Muxtar Respublikasında səfərdə olub
21-24 sentyabr tarixlərində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini Ruqiyyə Kərimova Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Səfər çərçivəsində AMEA-nın Naxçıvan bölməsinin seysmoloji şöbəsinin proqram təminatı olan “Antelope Real-Time” sisteminin optimallaşdırılması işləri həyata keçirilib, eləcə də sistemlə bağlı texniki təminat işləri görülüb, məlumatların arxivi yaradılıb.
Bundan başqa, Ruqiyyə Kərimova AMEA-nın Naxçıvan bölməsinin seysmoloji şöbəsinin əməkdaşı İlkin Vəlibəyova sistem və proqram təminatı üzrə təlim keçib.
Qeyd edək ki, AMEA-nın Naxçıvan bölməsinin seysmoloji şöbəsinə seysmoloji stansiyalardan alınan məlumatların ötürülməsi RSXM-nin “Zəlzələlərin tədqiqatı bürosu” tərəfindən təmin olunur.