RSXM və Milli Aerokosmik Agentliyin nümayəndələri arasında görüş keçirilib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə yanvarın 27-də hər iki qurumun nümayəndələri arasında növbəti görüş keçirilib.
Görüşdə AMEA nəzdində RSXM-nin “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika elmlər doktoru, professor Elçin İsgəndərzadə və İnstitutun elmi işlər üzrə direktor müavini Rövşən Ramazanov iştirak ediblər.
Görüşdə RSXM və Aerokosmik Agentlik arasında əməkdaşlığın genişləndirilməsi, tərəflər arasında təcrübə mübadiləsinin aparılması, gələcəkdə İnSAR (interferometrik sintetik diyafram radarı) və GPS məlumatları sahəsində əməkdaşlıq, eləcə də gələcəkdə birgə layihələrdə iştirak kimi məsələlər müzakirə olunub.