Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM və Türkiyənin Ondokuz Mayıs Universiteti Bakıdakı binalarda seysmik qiymətləndirilməsi sahəsində əməkdaşlıq edəcək

4 İyul 2022
RSXM və Türkiyənin Ondokuz Mayıs Universiteti Bakıdakı binalarda seysmik qiymətləndirilməsi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi işlər üzrə rektor müşaviri, Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetinin İnşaat bölümünün rəhbəri, texnika üzrə elmlər doktoru, professor Azər Qasımzadə iyulun 4-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. 

RSXM-nin baş direktoru,  AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə Bakı şəhərində binaların seysmik təhlükəsizliyinin qiymətləndirilməsinə dair müzakirələr aparılıb.

Görüşdə seysmik təhlükəsizliyin qiymətləndirilməsi ilə bağlı birgə Monitorinq Mərkəzinin yaradılmasına dair təklif də irəli sürülüb.

Həmçinin tərəflər birgə əməkdaşlığın digər istiqamətləri və perspektivlərinə dair fikir mübadiləsi aparıblar. 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə