Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

"Seismoprognosis observations in the territory of Azerbaijan" jurnalının 2026-cı il üzrə birinci nömrəsi çap olunub

17 İyul 2026
"Seismoprognosis observations in the territory of Azerbaijan"  jurnalının 2026-cı il üzrə birinci nömrəsi çap olunub

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) elmi jurnalının 2026-cı il üzrə birinci  nömrəsi çapdan çıxıb.

Jurnalda yerli və xarici seysmoloq alimlərin Azərbaycanın seysmikliyi, paleoseysmoloji tədqiqatlar, geofiziki tədqiqatlar sahəsində apardıqları elmi araşdırmalar zamanı alınmış nəticələrə dair məqalələr əksini tapıb.

Qeyd edək ki, "Seismoprognosis observations in the territory of Azerbaijan" elmi jurnalı ildə iki dəfə ingilis dilində nəşr edilir.

Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi qeydiyyatından keçmişdir. 

Eləcə də TÜBİTAK - ın ( Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu ) Dərgi Parkının siyahısına daxil edilib.

Aşağdakı linkdən jurnalda nəşr olunmuş məqalələrlə tanış olmaq olar:

https://seismology.az/upload/publications/pdf/6a59c2806f54d.pdf

 

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə