Seysmoloji Mərkəzin əməkdaşları konfransda iştirak ediblər
18-19 yanvar 2023-cü il tarixlərində “Boulder Real Time Technologies” (BRTT) (Proqram Təminatı Şirkəti) və Amerikanın “Kinemetrics” şirkəti tərəfindən Virtual Antelope İstifadəçi Qrupunun Konfransı keçirilib. İki gün davam edən onlayn konfransda “Boulder Real Time Technologies”in nümayəndəsi Kent Lindquist “Antelope 5.12-də yeniliklər: Çətinliklər və Gələcək İstiqamətlər”, Alyaska Universitetinin əməkdaşı Aleks Farrell “Alyaska Zəlzələ Mərkəzinin Səlahiyyətli Kataloqunun necə yaradıldığını yenidən təsəvvür etmək”, “Kinemetrics” şirkətinin nümayəndəsi Mathias Franke “Buludda seysmik şəbəkələr” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi, Yer Elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, büro rəisinin müavini Ruqiyyə Kərimova, büronun mühəndis-proqramlaşdırıcısı Yeganə Muradova və büronun mühəndisi Güllü Məhərrəmova iştirak ediblər.
Qeyd edək ki, konfransda təqdim olunan mövzular üzrə digər iştirakçılar tərəfindən təqdimatlar nümayiş etdirilib.
AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi