Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Türkiyədə baş verən zəlzələ ilə bağlı müzakirələr aparılıb

8 Fevral 2023
Türkiyədə baş verən zəlzələ ilə bağlı müzakirələr aparılıb

Fevralın 8-də Türkiyədə baş verən zəlzələ ilə bağlı Türkiyə, Azərbaycan və bir sıra xarici ölkələrdən olan alimlərin iştirakı ilə “Zoom” platforması üzərindən onlayn konfrans keçirilib. Konfransın əsas mövzusu Türkiyənin Qaziantep-Kahramanmaraş şəhərlərində baş vermiş dağıdıcı zəlzələlərlə bağlı olub.

Konfransda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iştirak edib. İclasda baş verən zəlzələ və ondan sonra qeydə alınan afterşoklar, Türkiyənin tektonik quruluşu, zəlzələ baş verən ərazidə olan tarixi zəlzələlərə dair müzakirələr aparılıb. 

RSXM-nin şöbə müdiri Səbinə Kazımova mərkəzdə baş verən zəlzələ ilə bağlı aparılan ilkin tədqiqat işləri və hazırki vəziyyətə dair məruzə ilə çıxış edib. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 


 

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə