Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol turnirinin açılış mərasimi keçirilib

24 Aprel 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol turnirinin açılış mərasimi keçirilib

Aprelin 24-də AMEA Rəyasət Heyəti, AMEA Azad Həmkarlar İttifaqı və AMEA Gənclər Akademiyası “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol turnirinin açılış mərasimi keçirilib.

Açılış mərasimində AMEA rəhbərliyi və akademiyanın institut və elmi təşkilatlarının rəhbərləri, eləcə də əməkdaşları iştirak ediblər.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açılış mərasimində çıxış edib. Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı hər il AMEA tərəfindən mini futbol və müxtəlif idman yarışları keçirildiyini bildirən akademik mini futbol yarışlarında iştirak edən bütün komandalara uğurlar arzu edib.

Qeyd edək ki, açılış mərasimindən sonra komandalar arasındakı oyunlara start verilib. İlk qarşılaşma Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun komandası ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası arasında baş tutub. Gərgin keçən oyun RSXM-nin komandasının 6:0 üstünlüyü ilə başa çatıb. Mini futbol yarışları may ayının birinci ongünlüyünə qədər davam edəcək.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə