Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

“Вышка» qəzetində “Эволюция Представлений об Извержениях Грязевого Вулкана Отманбоздаг на Абшеронском Полуострове” mövzusunda məqalə dərc edilib

12 Dekabr 2025
“Вышка» qəzetində “Эволюция Представлений об Извержениях Грязевого Вулкана Отманбоздаг на Абшеронском Полуострове” mövzusunda məqalə dərc edilib

Dekabrın 12-də “Вышка» qəzetində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və  Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru, professor Adil Əliyevin birgə həmmüəllifliyi ilə Azərbaycandakı palçıq vulkanlarının öyrənilməsinə dair məqalə dərc edilib.

 “Эволюция Представлений об Извержениях Грязевого Вулкана Отманбоздаг на Абшеронском Полуострове” (“Abşeron yarımadasında Otmanbozdağ palçıq vulkanının püskürmələri haqqında təsəvvürlərin təkamülü”) mövzusunda məqalədə dünyada olan 2500 palçıq vulkanından təxminən 350-nin Azərbaycanda və Xəzərin orta bitişik akvatoriyasında yerləşdiyi qeyd olunub.

Həmçinin məqalədə fəal, sönmüş, sualtı, ada tipli və intensiv neft-ayrıcı vulkanlar haqqında məlumat verilib.

Eləcə də məqalədə Abşeron yarımadasının ən böyük vulkanı olan, nisbi hündürlüyü 400 metrə çatan Otmanbozdağ palçıq vulkanının püskürmə dinamikası, aparılan araşdırmalar haqqında məlumat verilib. Otmanbozdağ palçıq vulkanında  müxtəlif illərdə qeydə alınan püskürmələr, püskürmələr zamanı ayrılan enerji, alov sütunları haqqında qeyd olunub.  

Eləcə də bu püskürmələr zamanı vizual müşahidələr və seysmik qeydlərlə təsdiqlənən aktivlik haqqında məlumat verilib.

Məqalədə həmçinin palçıq vulkanlarının ətrafında aparılan seysmik monitorinq məlumatlarının analizi də təqdim olunub. Qeyd olunub ki, püskürmələrdən əvvəl müşahidə edilən aşağı tezlikli dalğalanmalar və akustik impuls və mikroqırılmalar qeydə alınır, nümunə kimi 1 oktyabr 2018-ci ilin məlumatlarına baxılıb.

Bundan başqa məqalədə əldə olunan nəticələrə əsasən Otmanbozdağ palçıq vulkanının müasir aktivliyinin dərin fluid-dinamik proseslər və yüksək təzyiqli qaz, neft və suyun boşalması ilə müəyyən edildiyi  göstərilib.

Qeyd edək ki, məqalə ilə maraqlananlar buradan tanış ola bilərlər: 

https://seismology.az/upload/_files/shares/Вышка.pdf 

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə