Seismology.Az
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublİka Seysmoloji Xİdmət Mərkəzi
AMEA nəzdində Respublika
Seysmoloji Xİdmət Mərkəzi

RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

26 Noyabr 2026
RSXM-də Elmi-Texniki Şuranın iclası keçirilib

Noyabrın 26-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi-Texniki Şuranın (ETŞ) iclası keçirilib.

İclasda AMEA-nın vitse-prezidenti, Yer elmləri bölməsinin rəhbəri, akademik İbrahim Quliyev, AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli və baş direktorun müavinləri, Elmi-Texniki Şuranın üzvüləri, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.  

İclasda əvvəlcə ETŞ-nin gündəliyi təsdiqlənib. Həmçinin ETŞ-nin keçmiş üzvü, akademik Pərviz Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra RSXM-nin Elmi-Texniki Şurasının yeni tərkibi təsdiqlənib.

Qeyd edək ki, iclasda mərkəzin müvafiq şöbələrinin rəhbərləri 2026-cı il ərzində aparılan elmi tədqiqat işləri və alınmış nəticələrə dair məruzələrlə çıxış ediblər. Müzakirələrdən sonra məruzələr qəbul olunub. İclasda həmçinin RSXM-nin alimləri tərəfindən hazırlanmış monoqrafiyaların müzakirəsi keçirilib və ETŞ üzvləri tərəfindən həmin monoqrafiyaların çap edilməsi haqqında qərar qəbul edilib.

İclasda təşkilatdaxili bəzi məsələlərə də baxılıb və müvafiq qərar qəbul edilib.

Elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Zəlzələlər
Xəbərlər
Ana səhifə
Jurnallar
Əlaqə